CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlənmək istəyənlərə kömək edəcək moda nümayişi keçiriləcək

© Sputnik / Kemale AliyevaПресс-конференция организаторов Beauty Fashion Show "Семь красавиц"
Пресс-конференция организаторов Beauty Fashion Show Семь красавиц - Sputnik Azərbaycan
Abunə olmaq
Gecənin təşkilatçısı tədbirin evlənmək istəyənlərə kömək olacağını düşünür. Nümayiş zamanı toy və axşam libasları, stilist, vizajist və saç ustalarının işləri göstəriləcək.

BAKI, 24 may — Sputnik. “7 gözəl” gəlinliklər nümayişi Azərbaycan cütlükləri üçün toy hazırlıqlarını asanlaşdırmaq məqsədini güdür. Bunu tədbirin təşkilatçısı Pərvanə Məmmədova Sputnik Azərbaycan multimediya mərkəzində keçirilən mətbuat konfransında deyib.

Azerbaijan Fashion Week-in yeddinci mövsümünün son günü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Moda sənayesinin ulduzları "Azerbaijan Fashion Week"-in bağlanış mərasimində

“Toy insanın həyatında ən vacib hadisələrdən biridir. Və ona hazırlıq zamanı cavanlar bəzi çətinliklərlə üzləşir. Bu səbəbdən biz bu işi asanalaşdırmaq məqsədilə 2018 ildə dəbdə olan gəlinlik libasları və makiyaj tərzlərinin nümayişini təşkil etmək qərarına gəldik.”

Gələn ayın 9-da ikinci dəfə keçiriləcək göstəri birinci mövsümdən bəzi yeniliklərlə fərqlənəcək. Lakin təşkilatçılar qonaqları təəcübləndirmək niyyətilə onları əvvəlcədən açıqlamaq istəmir.

Pərvanə Məmmədovanın söylədiyinə görə, nümayiş zamanı toy və axşam libasları, stilist, vizajist və saç ustalarının işləri də göstəriləcək.

Aparıcısı aktrisa Zümrüd Qasımova olan gecədə Murad Arif, Aysun İsmayılova, Ayaz Babayev, Sura İsgəndərli və digər ifaçılar çıxış edəcək. Bundan əlavə, gecənin sonunda məşhurların övladlarının iştirakı ilə şou təqdim ediləcək.

Azerbaijan Fashion Week-in yeddinci mövsümü - Sputnik Azərbaycan
FOTO
Mövsümün əsas moda hadisəsi - Azerbaijan Fashion Week

Orijinal layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi isə Pərvanə Məmmədovadır.

“7 Gözəl” nümayişi ilk dəfə bu ilin fevral ayında təşkil edilmişdi.

Sputnik Azərbaycan tədbirin informasiya dəstəyini təmin edir.

Xəbər lenti
0