CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sona Vəliyeva: "Cümhuriyyət tarixi bizim milli yaddaşımızdır"

© Sputnik / Kemale AliyevaMilli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Əflatun Amaşov: “AXC-nin ideoloji əsaslarını hazırlayan, Azərbaycan xalqının azadlığını düşünən ziyalılarımız bu cümhuriyyəti yaratdı”

BAKI, 24 may — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi keçirilib.

© Sputnik / Kemale AliyevaAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar kitabının təqdimat mərasimi - Sputnik Azərbaycan
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi

Sputnik Azərbaycan-ın məlumatına görə, müəllifləri Bəxtiyar Qaraca və Akif Aşırlının olduğu kitab filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görüb.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı Azərbaycan xalqına cümhuriyyəti qazandıran şəxslər haqqında dəyərli məlumatlar verir: 

Azərbaycan bayrağı - Sputnik Azərbaycan
Niderland mətbuatında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə çıxdı
"Xalqımız müsəlman şərqində ilk demokratik respublikanı yaradıb. Biz bundan fərəh duyuruq. AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı. O, xalqımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu dövlət birdən-birə meydana gəlmədi. AXC-nin ideoloji əsaslarını hazırlayan, Azərbaycan xalqının azadlığını düşünən ziyalılarımız bu cümhuriyyəti yaratdı. Bu kitab da həmin ziyalıların tanıdılması, düşüncələri ilə tanışlıq baxımından qiymətlidir".

Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi Sona Vəliyeva da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə AXC-nin 100 illiyi ölkəmizdə bayram kimi qeyd olunur: "Cümhuriyyətin 100 illiyi ərəfəsində çox sayda yeni kitablar nəşr olunub, ölkəmizin müxtəlif yerlərində bu tarix təntənəli şəkildə qeyd olunur".

© Sputnik / Kemale AliyevaAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar kitabının təqdimat mərasimi - Sputnik Azərbaycan
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi

"Cümhuriyyət tarixi bizim milli yaddaşımızdır. Bu 100 illiyi bayram kimi qeyd etmək milli yaddaşımıza çox şeylər qazandıracaq. O qısa dövrdə yaradılmış böyük tarixin gizli məqamlarına bu kitabda aydınlıq gətirilir" — deyə S.Vəliyeva qeyd edib.

Kitabla bağlı fikirlərini bölüşən tədbirin digər iştirakçıları da istiqlaliyyət tariximizin şanlı keçmişinə işıq salan bu kitabın AXC-nin 100 illiyinə dəyərli töhfə olduğunu bildiriblər.

Qeyd edək ki, tədbirdə millət vəkilləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbər lenti
0