İlqar Vəlizadə: “Hazırda tərəflər yeni sazişin bağlanmasında maraqlı deyil”
“İndiki vəziyyət sanksiyaların İrana təsirini minimuma endirməyə imkan verir”. Bunu Sputnik Azərbaycan-a ABŞ-ın İrana qarşı yeni sanksiyalarının təsirlərini şərh edərkən politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, İranla nüvə saizişi imzalayan digər tərəflər ABŞ-ın sanksiyalarına qoşulmurlar: “Onlar İranla iqtisadi əlaqələrin inkişafında daha çox maraqlıdırlar. Ona görə də, ABŞ çalışır ki, atdığı addımlar daha sərt görünsün. ABŞ-ın İranla yeni nüvə sazişi bağlamaq istəyi yetərli deyil. Burada digər tərəflərin də maraqlarını nəzərə almaq lazımdır. Hazır ki, vəziyyətdə nə İran, nə də əvvəlki sazişi imzalayan tərəflərin heç biri yeni sazişin bağlanmasında maraqlı deyil”.
Az öncə ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonda çıxışı zamanı ölkəsinin İrana qarşı misilsiz təzyiq göstərmək, o cümlədən tarixdə ən sərt sanksiyalar rejimi tətbiq etmək niyyətində olduğunu bildirib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz