Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nüfuzlu reytinq agentliyi açıqlama verdi, vəziyyət çox pisdir

© REUTERS / Murad SezerПункт обмена валюты в Стамбуле, 23 мая 2018 года
Пункт обмена валюты в Стамбуле, 23 мая 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Reytinq agentliyi Türkiyə Mərkəzi Bankın həmləsinin bu prosesdə əhəmiyyətli olacağına diqqət çəkib

BAKI, 23 may — Sputnik. "Standard&Poors" beynəlxalq reytinq agentliyi Türkiyə ilə bağlı yeni iqtisadi analizini təqdim edib.

Sputnik Azərbaycan "Yeni Akit"ə istinadla xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən reytinq agentliyi Türkiyə Mərkəzi Bankın həmləsinin bu prosesdə əhəmiyyətli olacağına diqqət çəkərək faizlərin artırılmasını istəyib.

Beynəlxalq reytinq agentliyinin analitiki Frank Gille bazar üzərindəki təzyiqlər azalmasa, agentliyin Türkiyənin "stabil" olan reytinq proqnozuna yenidən baxa biləcəklərini qeyd edib.

Beynəlxalq reytinqi agentliyi türk lirəsinin dəyərdən düşməsinin qarşısı alınmasa, Türkiyənin maliyyə vəziyyətinin çox sürətlə pisləşəcəyini qeyd edib.

Agentliyə görə, Türkiyə mövcud çətinliklərdən çıxmaq imkanına malikdir. Reytinq agentliyi bir çox şeyin Mərkəzi Banka bağlı olduğunu bildirib.

Xəbər lenti
0