Türk ordusu daxilində daha bir əməliyyat: Tutulan hərbçilərin sayı 500-ü keçdi

© Photo : STRTürkiyə Silahlı Qüvvələrinin Baş qərargahı
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan hərbçilərdən 43-ü hazırda orduda müxtəlif vəzifələrdə çalışır

BAKI, 23 may — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin daha 70 hərbçisinin həbsinə qərar verilib. Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, hərbçilərdən 43-ü hazırda orduda müxtəlif vəzifələrdə çalışır. Hərbçilərin saxlanılması ilə bağlı Türkiyənin 23 əyalətində eyni zamanda əməliyyat başlayıb.

Qeyd edək ki, ötən həftə Türkiyədə Hərbi Hava Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat barədə qərarı Ankara Baş Prokurorluğu verib.

Məlumata əsasən, Prokurorluq FETÖ araşdırmaları çərçivəsində 101 hərbçinin həbs olunması barədə qərar qəbul edib. Həbs olunanlardan biri briqada generalı, 5-i isə polkovnikdir.

Bu, son 20 gün ərzində FETÖ araşdırmaları çərçivəsində hərbçilərə qarşı keçirilən 4-cü əməliyyatdır. Ümumilikdə bu əməliyyatlar zamanı 505 hərbçi həbs edilib. Belə ki, mayın 15-də Türkiyədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı da əməliyyat keçirilib. Məlumata əsasən, Baş Prokurorluq FETÖ ilə əlaqəsi təsbit olunan HDQ-nin 34 hərbçisi haqqında həbs qərarı çıxarıb. Onlardan 31-i yüksək rütbəli hərbçidir.

Mayın 11-də də Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib. Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında baş tutub. Həmin prosesdə ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.

Xəbər lenti
0