BAKI, 23 may — Sputnik. Sevərək istifadə etdiyimiz elə qidalar var ki, onlar baş ağrısı verə, hətta ölümə də səbəb ola bilər. Bunlar şokolad, süd və şərabdır.
Sputnik Azərbaycan xarici mətbuata istinadən qeyd edir ki, insan orqanizmi üçün təhlükəli olan bu cür qidalardan mütəmadi istifadə edilərsə piylənə, xəstəxanaya düşə bilərik. Südlü şokoladın tərkibində kifayət qədər şəkər olduğu üçün onu qəbul edən zaman qanda qlükoza artır və bir müddət sonra isə o düşür. Və bu zaman baş ağrısına səbəb olur. Qırmızı şərab da tərkibindəki maddələrin təsirinə görə baş ağrısı verə bilir. Ona görə ağ şərab içmək daha məsləhətlidir. Südün tərkibində olan tiramin də baş ağrısına səbəb olur. Südü yoqurt ilə əvəz etmək daha yaxşı olar.
Fəstfud və tez hazırlanan suplar, sosiska və kolbasaların tərkibində də konservantlar çox olduğu üçün bu qidalar həm insan orqanizmi üçün zərərlidir, həm də baş ağrılarına səbəb ola bilir.