BAKI, 23 may — Sputnik. İsrail Hərbi Hava Qüvvələri (HHQ) Qəzza sektoruna aviazərbələr endirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, aviazərbələr hərbi postu yandıran fələstinlilərə cavab olaraq endirilib.
İsrail aviasiyasının hədəfləri iki hərbi-dəniz obyekti və hakim HƏMAS təşkilatının nəzarətində olan yeraltı infrastruktur olub. İsrail hərbçiləri qeyd ediblər ki, fələstinlilər İsrail istiqamətində pilotsuz uçuş aparatını buraxmaq və çərpələnglər vasitəsilə yanğın törətmək istəyiblər.
Fələstinin "əl-Rai" agentliyi isə Qəzza şəhərində iki katerin hücuma məruz qaldığını, onlardan birinin yandığı bildirilir.