Okeanın o tayından Azərbaycana böyük dəstək

CC0 / Skeeze / Las VegasЛас-Вегас, фото из архива
Лас-Вегас, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Las Veqas meri AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb

BAKI, 23 may — Sputnik. ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik Bəyannaməsi imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

ABŞ Konqresi - Sputnik Azərbaycan
ABŞ Konqresində Azərbaycanla bağlı mühüm bəyanat verilib

Şəhər rəhbərliyindən Baş Konsulluğa ünvanlanmış Bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb. Sənəddə Azərbaycan ilə ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

Xəbər lenti
0