Nazirlər görüşdü – Rusiya Ermənistana müasir silah verəcək

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidTor zenit-raket kompleksi
Tor zenit-raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 23 may — Sputnik. Ermənistan və Rusiya müdafiə nazirləri Astanada görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrinin müdafiə nazirləri Şurası çərçivəsində baş tutub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan bildirib ki, nazirlər David Tonoyan və Sergey Şoyqu Ermənistan – Rusiya ittifaq əlaqələrinin vacibliyini vurğulayıb. Onlar ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.

Nazirlər hesab edir ki, cari əməkdaşlıq proqramlarını davam etdirmək və inkişaf etdirməyə ehtiyac var.

Qeyd edək ki, daha əvvəl Rusiyanın yaxın aylarda Ermənistana müasir "Tor" zenit-raket komplekslərini tədarük edəcəyi bildirilib.

Xəbər lenti
0