Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müslüm Maqomayevin oğlu olduğunu iddia edən şəxsə DNT testi edildi

© Sputnik / Mediabanka keçidИзвестный певец Муслим Магомаев
Известный певец Муслим Магомаев - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur azərbaycanlının oğlu olduğunu iddia edən Andrey Katkovun DNT ekspertizasının nəticələri açıqlanıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

Baku, 23 may – Sputnik. Rusiyanın "Birinci kanal"ında yayımlanan "Пусть говорят" (Qoy danışsınlar) verilişində musiqiçi Andrey Katkovun əfsanəvi müğənni Müslüm Maqomayevin oğlu olub-olmadığı aydınlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan verilişin "Youtube" sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.

Musiqiçinin anası Yelena Katkova iddia edir ki, onun oğlunun atası Müslüm Maqomayevdir. O, uzun müddət azərbaycanlı müğənninin şəxsi fotoqrafı olub və eyni zamanda bəzən onunla görüşüb. O, əminliklə iddia edir ki, müğənni ilə intim əlaqə Maqomayevin Bakıdakı evində baş tutub.

Andrey Katkov etiraf edib ki, 18 yaşına qədər atasının Vladimir Katkov olduğunu düşünüb. Lakin o, müğənni olmağa qərar verdikdən və bir sıra yerlərdə çıxış etməyə başladıqdan sonra onun səsini əfsanəvi azərbaycanlının səsi ilə müqayisə etməyə başlayıblar və o, Maqomayevin oğlu olduğunu anlayıb.

Lakin M.Maqomayevin qardaşı Yuri Maqomayev iddia edir ki, gənc oğlan onun qardaşına bənzəmir. Verilişdə DNT ekspertizası keçirilib. Ekspertiza üçün biomaterial Andrey Katkov, Yuri Maqomayev və Yurinin oğlundan götürülüb.

DNT mərkəzinin mütəxəssisi qeyd edib ki, Yuri və Müslüm Maqomayevlər ana bir, ata ayrı qardaşlar olduqları üçün, qan qohumluğunu müəyyənləşdirmək elə də asan olmayıb. Bununla belə, DNT analizində 88 faiz uyğunsuzluq ortaya çıxarıb. Ona görə də məşhur ailənin digər qohumlarının iştirakı ilə əlavə analizlər tələb olunacaq.

Xəbər lenti
0