BAKI, 23 may — Sputnik. May ayının 23-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi mayın 22-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 2.0001 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0277 manata qalxıb. Türk lirəsi isə 0,3570 manata geriləyib.
Mayın 22-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 2.0016 manata, 1 rubl 0,0276 manata bərabər idi.