CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili qız qaçırılmasının müdafiəsinə qalxdı

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Qız qaçırmanı insan oğurluğu ilə eyniləşdirmək düzgün deyil"

BAKI, 23 may — Sputnik. "Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən tədbirdə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Bir var tamah məqsədilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik" — S.Novruzov bildirib.

Xəbər lenti
0