BAKI, 23 may — Sputnik. Çin ölkədə uşaq doğulmasına nəzarətlə bağlı daha bir inqilabi qərar qəbul etmək niyyətindədir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2016-cı ildə Çində tək uşaq həddi rəsmi olaraq götürldükdən sonra, hazırda uşaqlarla bağlı digər qadağaların da götürülməsi gözlənilir.
Çin ölkədə yaşlanma sürətini azaltmaq və beynəlxalq ictimaiyyətin tənqidlərindən yaxa qurtarmaq niyyətindədir. Buna görə də ailələrə qoyulan uşaq limitinin götürülməsi müzakirə edilir.
Qeyd edək ki, mövcud qanunlara görə, hazırda 1,5 milyarddan çox əhalisi olan Çində ailələrə iki uşağın doğulmasına icazə verilir. Məlumata görə, yeni qaydalar bu ilin sonunda reallaşa bilər.
Xatırladaq ki, ailələrə qoyulan iki uşaq limiti siyasəti insanların təbii hüquqlarından birinin pozulması kimi qəbul edilir.