“Çünki həmin məqamlar Azərbaycanın maraqlarına cavab vermirdi. Bizi narahat edən problemlər, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq sazişdə yer almalıdır. Saziş özü-özlüyündə hər iki tərəfin maraqlarına cavab verir. Yeni sazişdə bəzi məqamlar daha qabarıq şəkildə özünü büruzə verəcək. Xüsusən ticarət, iqtisadi münasibətlər, viza rejiminin sadələşdirilməsi, vətəndaş cəmiyyətləri arasında münasibətlərin daha yaxın formatda əməkdaşlıq etməsi və bir sıra digər məsələlər orada əksini tapacaq. Sazişdə Azərbaycanın maraqlarını əks etdirən müddəalar yazılmalıdır. Ümumilikdə, bu saziş hər iki tərəfin maraqlarına cavab verməlidir”.
Qeyd edək ki, Aİ və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir. Bunu "EURACTIV"ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz