CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara “Azərsu”dan şad xəbər...

© Photo : REPORTAzərsu ASC
Azərsu ASC - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ilə qədər 11 elektron xidmət üzrə quruma 350 min müraciət daxil olub

BAKI, 22 may — Sputnik. "Azərsu" ASC Elektron Hökumət Portalı üzərindən daha bir xidmətini abunəçilərinin istifadəsinə verib. Bu barədə Sputnik Azərbaycan-a quкumun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, sayca 12-ci olan bu elektron xidmətlə abunəçi sayğacın üzərindəki göstəricini sistemə yükləyərək borcunu hesablaya biləcək.

Cəbrayıllının sözlərinə görə, son illər aparılan işlər nəticəsinsə 3 mindən çox yaşayış binasında su sayğacları evlərin daxilindən çölə çıxarılıb: "Bununla belə, xeyli sayda abunəçidə sayğaclar evin içərisindədir və bu, su borcunun hesablanmasına problem yaradır. Artıq bu elektron xidmətlə vətəndaş özü sayğacın şəklini çəkib sistemə yükləyəcək və bununla da borc hesablanacaq".

O qeyd edib ki, artıq 8 ildir bir sıra dövlət qurumları elektron xidmətlərin tətbiqinə başlayıb. "Azərsu" da 2011-ci ildən bu istiqamətdə çalışır.

2017-ci ilə qədər 11 elektron xidmət üzrə quruma 350 min müraciət daxil olub.

Xəbər lenti
0