O bildirib ki, İraqda yeni hökuməti hazırkı baş nazir Heydər əl-İbadi quracaq: “İraqda 4 partiyanın siyasi koalisyon hökuməti quracağı gözlənilir. Bunların hamısı İranla normal münasibətlərin tərəfdarıdır. Ən çox səs toplayan Müqtəda Əs-Sədr ABŞ-ın İraqda qalmasına qarşı çıxsa da, eyni zamanda İranla yaxınlaşmanın tərəfdarı deyil. Amma onların hamısı İrandakı hakim rejimin irəli sürdüyü ideyalarla yaxındırlar. Ötən illərin təcrübəsi göstərir ki, İraqda qurulan hökumət təkcə seçkilərin nəticəsinə görə formalaşdırılmır. Burada bölgədəki digər dövlətlərin də marağı nəzərə alınır. Yəni İraqda qurulacaq yeni hökumət İranın, ABŞ-ın və digər qərb dövlətlərinin marağını təmin edəcək. Birmənalı şəkildə İranyönümlü hökumətin İraqı idarə etməsi ölkədə problemlər yarada bilər”.
Qeyd edək ki, mayın 12-də İraqda parlament seçkiləri keçirilib. Seçkilərdə tanınmış din xadimi Müqtəda əs-Sədrin “As-Sayrun” bloku qalib gəlib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz