BAKI, 22 may — Sputnik. 1813-cü il mayın 22-də böyük alman bəstəkarı, dramaturq, musiqişünas, filosof Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub.
Vaqner opera sahəsində böyük islahatlara imza atıb. O, Avropa musiqi mədəniyyətinə, xüsusən də opera və simfoniya janrlarının inkişafına böyük təsir göstərib.
Vaqnerin qatı millətçi ruhlu musiqi əsərləri Almaniyada faşizmin ilham qaynaqlarından sayılır. O, faşist Almaniyasının lideri Adolf Hitlerin sevimli bəstəkarı olub.
Operaları: "Tristan və İzolda", "Nibelunqlar üzüyü" (tetralogiya — "Reyn qızılı", "Valkiriya", "Ziqfrid", "Tanrıların ölümü").