BAKI, 22 may — Sputnik. Rusiyanın "AvtoVAZ" şirkəti iyulda "Lada Priora" və "Kalina" avtomobillərini konveyerdən çıxardır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə istehsalçı öz dilerlərinə göndərdiyi məktubda bildirir.
Avtokonsern "Priora"-nın iyul ayı üzrə istehsal planında olmamasını məhz istehsalın dayandırılması ilə əlaqələndirib. "Priora"-dan əlavə, iyul ayı üzrə istehsal planında "Granta" və "Kalina" modelləri də yoxdur.
"AvtoVAZ" bu avtomobillərin restaylinqə qədər modellərinin buraxılmasını dayandırır və X stildə restaylinq olunmuş modellərin istehsalına hazırlaşır.