Bakıya yağış, rayonlara leysan yaxınlaşır

© Sputnik / Irade JELILMasazırda yağışın fəsadları
Masazırda yağışın fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron çimərliklərində mayın 22-də şimal çimərliklərində mülayim cənub küləyi əsəcək

BAKI, 21 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 22-də səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

Один из пляжей Абшерона - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çimərlik mövsümü erkən gəlir - HAVA XƏBƏRDARLIĞI

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 22-də ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0