“Enerji mənbəyi olduğu üçün karbohidratlar da insan orqanizminə lazımdır. İnsanın beyin hüceyrələri daim işləyir. Orqanizmdə çox çətin kimyəvi proseslər gedir. Bu proseslərin getməsi üçün qlükoza sərf edilir. Hətta şəkər xəstələrinin orqanizmində qlükozanın normada olmaması belə, onların səhhətləri üçün ziyandır. Sadəcə olaraq şəkərdən həddindən artıq istifadə etmək düzgün deyil. Gün ərzində şəkər qəbul edilməsə, qanda şəkərin miqdarı düşər və insan huşunu itirə bilər. İnsanların hərəkətsiz vəziyyətdə olması böyük problemdir. Bu da onlara təsir edir və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İnsan oturaq həyat keçirirsə, onda az, idmanla məşğul olursa, bir qədər çox qlükoza qəbul etməlidir”.
Son illər alimlər israrla insanları şirin qidalardan uzaq durmağa çağırırlar. Səbəbini isə ürək, qan-damar sisteminə mənfi təsir etməsi, həmçinin piylənmə kimi bir çox xəstəliklərə yol açması ilə izah edirlər.
Həkim Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz