Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əliməmməd Nuriyev: “Yaxın zamanda əfv sərəncamının imzalanacağına inanırıq”

© Sputnik / Murad Orujov“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev - Sputnik Azərbaycan
Abunə olmaq
Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, fevral ayından indiyə qədər 1500-ə qədər ərizə və müraciətə baxılıb

Əliməmməd Nuriyev: “Komissiyanın iclasları açıq və şəffaf keçirilib”
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib. 

O bildirib ki, fevraldan başlayan Əfv Məsələləri Komissiyasının iclasları artıq başa çatıb: “Bu müddət ərzində 10-dan çox iclas keçirilib və 1500-ə qədər ərizə və müraciətə baxılıb. Müraciətlərə baxılarkən cəmiyyətin, dövlətin mövqeyi, eyni zamanda milli maraqlar və digər amillər nəzərə alınıb. Bu müddət ərzində Komissiyanın iclasları açıq və şəffaf keçirilib. Bütün müraciətlərə diqqətlə baxılıb. Əfv Məsələləri Komissiyasının iclaslarının uzun müddət davam etməsinin səbəbi də bütün müraciətlərin hər tərəfli araşdırılması idi. Yaxın həftələrdə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına inanırıq”. 

Qeyd edək ki, Prezident İlham Əliyev sonuncu dəfə əfv fərmanını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub.

Hüquq müdafiəçisinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0