CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir litri 100 avroya satılan möcüzəvi yağ - faydası saymaqla bitməz

Abunə olmaq
Fransada, Bolqarıstanda və digər ölkələrdə lavanda yağından kosmetika, təmizlik və dərman hazırlanmasında istifadə olunur

BAKI, 21 may — Sputnik. Xüsusi iyi ilə məşhur olan, ətir istehsalında böyük rol oynayan bitkilərdən biri də lavanda gülüdür. Bu gül həm də iqtisadiyyata da xeyir verə bilir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, lavandadan alınan yağlar qadınların istifadə etdiyi yağlardan biridir və onun bir litri 100 avrodur. Bu yağdan müxtəlif sahələrdə istifadə edirlər. Son zamanlar isə insanın sinir sisteminə müsbət təsir etdiyi üçün kosmetik vasitələrdə də onlara yer verilir. Fransada, Bolqarıstanda və digər ölkələrdə kosmetika, təmizlik və dərman hazırlanmasında istifadə olunur.

Lavanda yağı A və C vitaminləri ilə zəngindir. Eyni zamanda, tərkibində kalsium, protein və dəmir var.

Artıq bir çox ölkələrdə sahələrdə lavanda əkərək onların sayını artırmağa çalışırlar.

 

 

Xəbər lenti
0