CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arıqlamaq üçün bu meyvədən yeyin

Abunə olmaq
Alçanın tərkibində A və C vitaminləri var

BAKI, 21 may — Sputnik. Yaz gələn kimi yeni meyvələr yetişməyə başlayır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fəslin ən çox sevilən meyvələrindən biri də alçadır. Mütəxəssislər bildirir ki, alça yeyərək metabolizmi sürətləndirə bilərsiz ki, bu da arıqlamağınıza kömək olacaq.

Alçanın tərkibində A və C vitaminləri var. Fosfor və liflərlə də çox zəngindir.

Bu meyvə bədəndə yorğunluğu məhv edir. Alça süd, ayran və digər süd məhsulları ilə birlikdə yeyiləndə bədəndə kalsiumun artmasına kömək edir. Yumurta, ət və bu kimi qidalar ilə yeyildikdə metabolizmi sürətləndirir və çəki itirməyə kömək olur. Bu bitki həm də qəbzlik problemini həll edir. Diş ətlərini gücləndirir. Bağırsaq sistemini düzəldir. Qan azlığını aradan qaldırır. Dəriyə böyük xeyri var. Qan şəkərinin miqdarını azaldır.

 

Xəbər lenti
0