Borodkin: "İsrail gec-tez rəsmi olaraq "erməni soyqırımı"nı tanıyacaq"

© AP Photo / Sebastian ScheinerKnesset, arxiv şəkli
Knesset, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail Knessetinə "erməni soyqırımı"nın tanınması ilə bağlı iki qanun layihəsi təqdim edilib.

BAKI, 20 may — Sputnik. İsrail Knessetinə "erməni soyqırımı"nın tanınması ilə bağlı iki qanun layihəsi təqdim edilib. Bunu Sputnik Azərbaycan-a israilli jurnalist Mixael Borodkin bildirib.

İsrail deputatı İsik Şmuli mayın 16-da Knessetə "erməni soyqırımı"nın tanınması barədə qanun layihəsi təqdim edib. Bununla yanaşı, mayın 16-da Türkiyənin İsraildəki səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Ona öz ölkəsi ilə müəyyən məsləhətləşmələr aparmaq üçün bir müddət Türkiyəyə qayıtmaq tövsiyə olunub. Bundan bir gün əvvəl isə Türkiyə XİN-i İsrailin Ankaradakı səfirini çağıraraq onu bir müddətliyə yəhudi dövlətinə geri göndərmişdi.

Gilad Erdan və Binyamin Netanyahu, arxiv şəkli - Sputnik Azərbaycan
İsrailli nazirdən hədə: "İstəsək "erməni soyqırımı"nı tanıyarıq"

Brodkinin məlumatına görə, layihələrdən birini parlamentə müxalifətdən olan deputat İshak Şmuli, ikincisini isə hakim partiyanın təmsilçisi Amir Oxan təqdim edib. Jurnalistin fikrincə, müxalifət deputatının təqdim etdiyi layihə yəqin ki, rədd ediləcək.

"İkinci təşəbbüslə bağlı isə onu deyə bilərəm ki, hələlik onun deputatın özəl layihəsi olduğu, yoxsa fraksiyası, yaxud hakim koalisiya tərəfindən irəli sürüldüyü aydın deyil" — deyə Sputnik-in həmsöhbəti bildirib.

Brodkinin sözlərinə görə, "erməni soyqırımı"nı tanımaq mövzusu Knessetdə Türkiyə ilə siyasi münaqişə fonunda qaldırılıb. İndiyə qədər də bir çox ekspertlər hesab edirlər ki, İsrail hökuməti bu təşəbbüsləri dəstəkləməkdən imtina edir, çünki Ankara ilə münasibətlərin pozulacağından qorxur.

"İndi, İsrail səfirinin təhqir olunaraq Türkiyədən qovulmasından, Rəcəb Tayyib Ərdoğanın HƏMAS ekstremist qruplaşmasının terror təşkilatı deyil, müqavimət hərəkatı olduğunu deməsindən, İsrailin ünvanına sərt ifadələr işlətməsindən sonra, tamamilə mümkündür ki, qanun layihələrindən hansısa biri, yaxud da hər ikisi deputatların əksəriyyəti tərəfindən dəstəklənsin. İki ölkənin münasibətləri siyasi cəhətdən heç vaxt bu qədər gərginləşməmişdi" — deyə jurnalist bildirib.

Onun fikrincə, sözügedən qanun layihələrinin qəbulu hazırda sırf siyasi addımdır, tarixi ədalətsizliyin bərpası deyil.

"Məncə, baş nazir Binyamin Netanyahu bunu başa düşür və Ankara ilə münaqişəni "erməni soyqırımı"nı tanımaqdan ayırmağa çalışacaq" — o bildirib.

Sputnik-in həmsöhbətinin sözlərinə görə, bu məsələni Knesset bu və ya digər formada birinci il və hətta birinci onillik deyil ki müzakirə edir: "2017-ci ilin sentyabrında İsrail parlamentariləri Yerevanda olublar və səfər zamanı bu mövzuya da toxunulub. Yəqin ki, gec-tez İsrail rəsmi olaraq "erməni soyqırımı"nı tanıyacaq, lakin bunun nə vaxt baş verəcəyini demək çətindir".

Xəbər lenti
0