BAKI, 20 may — Sputnik. Türkiyə xüsusi xidmət orqanları ölkə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd hazırlandığını barədə məlumat əldə ediblər.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, sui-qəsd hazırlığı barədə Makedoniyada yaşayan türklər və Qərb kəşfiyyatı xəbərdarlıq edib.
İddiaya görə, sui-qəsd Ərdoğanın Balkan ölkələrinə səfəri zamanı həyata keçirilə bilər. "Şayiələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq" — deyə xəbərdə qeyd edilir.
Qərbin kəşfiyyat xidmətləri öz növbəsində bildirib ki, türk əsilli bir qrup şəxs Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır.
Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.