Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azər Həsrət: “Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirməlidir”

© Sputnik / Anar MustafayevЧлен правления Совета прессы АР Азер Хасрет
Член правления Совета прессы АР Азер Хасрет - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin zəif vəziyyətə düşməsinə dözməli deyilik

Azər Həsrət: “Azərbaycanın başına bu iş gəlməməli idi”
“OnlarAzərbaycanı Avropa Şurasından uzaqlaşdırmaq istəyirlər”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, bu hadisə təəssüf doğurur: “Azərbaycanın başına bu iş gəlməməli idi. Sanksiyalar Azərbaycanın əlini bir qədər zəiflətmiş olacaq. Düşünürəm ki, Azərbaycan Milli Məclisi bu məsələni ictimaiyyətə qapalı şəkildə müzakirə etməlidir. Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin zəif vəziyyətə düşməsinə dözməli deyilik. Bunun qarşsının alınması üçün addımlar atılmalıdır”.

AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 illik sanksiya tətbiq edib.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0