Aytən Əhmədova: “Xoreoqrafiya şöbəsi rəqs sənətimizə istedadlı rəqqaslar verib”
20 il əvvəl Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında milli rəqs studiyası fəaliyyətə başlayıb.
Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova Sputnik Azərbaycan-a deyir ki, 20 il zaman baxımından böyük bir vaxt kəsiyi olamasa da, ancaq bu şöbə Azərbaycan rəqs sənətinə çox bacarıqlı, istedadlı rəqqaslar verib:
“Şöbə fəaliyyətə başladığı gündən bu vaxta qədər təkcə milli rəqslər deyil, klassik və 20-ci əsrdə yaranmış rəqs cərəyanları barədə tələbələrə biliklər verib. Sevindirici haldır ki, bu yaxınlarda Bakı şəhərində keçirilən beynəlxalq rəqs müsabiqəsində Xoreoqrafiya şöbəsinin 5-6-cı sinif şagirdləri uğurla çıxış edib”.