CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Ordunun təşkilində müstəsna xidmətləri olmuş iki qəhrəman hərbçi anılıb

© Sputnik / Ilham MustafayevQazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
General-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının keçdiyi döyüş yolundan və hərbi xidmətlərindən söhbət açılıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 may – Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətləri olmuş general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi keçirilib. 

© Sputnik / Ilham MustafayevQazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi  - Sputnik Azərbaycan
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi

Mərasimdə ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrilə yanaşı hərbi xadimlərin nəvələridə iştirak edib. 

Çıxış edənlər hərbi xadimlər haqqında, onların ordumuzun təşəkkül tapması yolunda xidmətlərindən danışıblar. 

© Sputnik / Ilham MustafayevQazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi  - Sputnik Azərbaycan
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi

Hərbi xadimlərin nəvələrindən Rüstəm və Fuad Şıxlinskilər söz alaraq təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, general-mayor  Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşları XIX əsrin 70-ci illərində Qazax qəzasında anadan olublar. Əmiləri Əliağa Şıxlinskinin yolu ilə gedərək hərbi məktəb bitirib, çar ordusunda müxtəlif vəzifələrdə çalışıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərib, Zəngəzur və Qarabağda erməni separatçı qüvvələrinə qarşı uğurlu hərbi əməliyyatlar keçiriblər. Azərbaycanın bolşeviklər tərəfindən işğalına qarşı ən böyük çıxış olan Gəncə üsyanına rəhbərlik ediblər. Polkovnik Rüstəm bəy Şıxlinski üsyan yatırıldıqdan sonra həbs edilib, 1920-ci ildə bolşeviklər tərəfindən güllələnib. General-mayor Cavad bəy Şixlinski isə üsyan yatırıldıqdan sonra Tiflisə, oradan da İrana keçməklə mühacir həyatına başlayıb. 1959-cu ildə 84 yaşında Türkiyədə dünyasını dəyişib.

Xəbər lenti
0