Qüds öz yerində, amma bütün amillər İsraillə əməkdaşlığı zəruri edir

© REUTERS / Ronen ZvulunВид на города Иерусалим, фото из архива
Вид на города Иерусалим, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əlbəttə ki, Bakı Qüds problemində Fələstinin yanındadır, lakin bu, İsrail ilə münasibətləri korlamaq anlamına gəlmir

BAKI, 18 may — Sputnik. Mayın-14-də ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü. Bu hadisə, az qala, üçüncü cahan savaşının anonsu kimi dəyərləndirildi.

ABŞ Konqresinin 22 il bundan öncə qəbul etdiyi qərar nəhayət ki, həyata keçdi və bununla da Vaşinqton İsrail dövlətinin qarantı olduğunu bir daha nümayiş etdirdi.

Bəkir Bozdağ - Sputnik Azərbaycan
Qüds olayları ilə bağlı Türkiyə bu addımı atdı: Hökumət sözçüsü elan etdi...

Əslində, Birləşmiş Ştatların “Qüds planı” Trampa məxsus deyil. Vaşinqton strateqləri ötən əsrin 80-ci illərinin əvvəllərində “Böyük İsrail imperiyası modeli”ni irəli sürülüb. Bu modelə görə, Yaxın Şərq yenidən rekonstruksiya olunmalı və ərəb ölkələri İsrailin nəzarətində olmalı idi. Bu planın həyata keçməsi üçün ilk addım kimi 1980-ci il sentyabrın 22-də başlanmış və səkkiz il davam edən İran-İraq müharibəsi alovlandırıldı. Fars körfəzindəki müharibələr, Suriya və İraqın işğalı bu strategiyanın tərkib hissəsidir.

Oded İnonun 1982-ci ildə qələmə aldığı “İnon planı” bölgədəki ərəb ölkələrinin süqutunu nəzərdə tutur. Plan sadədir. İraq-Suriya-Livan bölgəsi vaxt keçdikcə İsrailin nəzarətinə keçməli olan xırda dövlətlərə bölünməlidir. Hər şeydən əvvəl İraq kürd-sünni-şiə qruplarına bölünməli, sonra isə Türkiyə-İran-Pakistan xətti də bölünməyə məhkum edilməlidir. “İnon planı”nı əsas götürən PKK özünün ilk terror aktını 1983-cü ildə həyata keçirib və kürd terrorçuları bu zamandan başlayaraq bölgəni qanlı savaşlara sövq ediblər. “Böyük İsrail”in yaradılması və bu bölgəyə münasibətdə Amerika xarici siyasətinin əsas oxunun biçimlənməsi nəzərdə tutulan planda İsrailin dəstəyi ilə yaradılacaq Kürdüstan amili də mövcuddur. "İnon planı" İraq və Suriyada uğurla nəticələnib və indi bu dövlətlərin unitar quruluşunu saxlamaq imkansız görünür. Sudan, Yəmən və Liviyada qalib gələn “İnon planı” Yaxın  Şərqin bütün ölkələrinə yayılır və domino effekti ilə bölgəni uçurmağa yönəlib.

Bu plana qarşı çıxan Rusiya Suriyada Əsədə dəstək verməklə, bu ölkənin dağılması prosesini ləngidir. Ankara da Azad Suriya Ordusuna dəstək göstərməklə döyüş meydanında tarazlığı təmin edib, süqutu dayandıra bilib. Hazırkı situasiyada İraq və Suriyanın dağılması üçün çalışan yeganə güc Amerika Birləşmiş Ştatları və onun yedəyində gedən İsraildir.

İsrailin Ankaradakı səfiri Eitan Naeh - Sputnik Azərbaycan
İsrail səfiri Türkiyəni tərk edib

Əgər Türkiyədə 2016-cı il 15 iyulda həyata keçirilən dövlət çevrilişi cəhdi uğurla nəticələnsəydi, Moskva bölgədə yalqız qalacaqdı. Buna görə də bu hadisələrin gedişində açıq şəkildə Türkiyənin tərəfini tutdu, qiyamdan bir həftə sonra isə Sankt-Peterburqda Ərdoğanla görüşdü və münasibətlərin yumşalması prosesini fəal davam etdirdi. Bir sözlə, Ərdoğan-Putin uzlaşması Yaxın Şərq üçün həyati önəmli dəyərə malikdir.

Bütün bunları nəzərə alsaq, Azərbaycan hansı addımları atmalıdır? Vurğulayaq ki, Bakının İsrail və eyni zamanda müsəlman ölkələri ilə yaxınlığı ölkənin geosiyasi önəminin göstəricisidir. Bakı İran və yaxud Fələstinin narazılığına səbəb ola bilər ehtimalına görə, mühüm bir oyunçu olan İsrail ilə münasibətlərini korlaya bilməz. Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır.

Digər tərəfdən, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. Bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənə bilər.

İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salan erməni lobbisi, Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırmağa çalışır. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik Azərbaycan diasporu isə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsidir.

Ayrıca, Azərbaycan İsraildən müasir silahlar alır və bu, bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir.

Politoloq Vüqar Zifəroğlu - Sputnik Azərbaycan
Ekspert: “İsrail-Fələstin münaqişəsini sakitləşdirmək çətin olacaq”

Unutmayaq ki, İsrail tərəfindən İranla bağlı Azərbaycana müəyyən təzyiqlər var. Bu gün Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələri Ermənistanla siyasi-diplomatik, iqtisadi əlaqələr qurmadığı halda, müsəlman qonşumuz İran illərdir təcavüzkara qucaq açır. İsrail isə erməniləri müdafiə etmir, əksinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hərbi gücünü artırmağa yönələn addımlar atır.

Türkiyə, Pakistan və digər müsəlman dövlətləri kimi İran da Ermənistanla işğalçı kimi davransaydı, öz sərhədlərini müsəlman torpaqlarını işğal edən təcavüzkara qarşı qapalı saxlasaydı, Qarabağ münaqişəsi bu qədər uzanmazdı. Tehran isə nəinki Ermənistanla, belə görünür ki, Dağlıq Qarabağdakı separatçı rejimlə də əlaqələri davam etdirir.

Bütün bu amillər İsrail ilə əməkdaşlığı zəruri edir. Əlbəttə ki, Bakı Qüds problemində Fələstinin yanındadır, lakin bu, İsrail ilə münasibətləri korlamaq anlamına gəlmir. Bakı çevik diplomatiya yürütmək zorundadır…

Xəbər lenti
0