BAKI, 19 may — Sputnik. Çeçenistanın paytaxtı Qroznı şəhərində kilsəyə hücum edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, hücum edənlərin hamısı öldürülüb.
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, 4 terrorçu Arxanqel Mixail pravoslav kilsəsini tutmağa cəhd ediblər: "Operativ informasiyaya görə, onlar hücum əmri qərb ökələrindən birindən verilib".
Hücum zamanı kilsəyə gələnlərdən biri və polis əməkdaşı ölüb. Hücum edən terrorçuların 4-ü də xüsusi əməliyyat zamanı öldürülüb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanları nümayəndəsinin həyatına qəsd) ilə cinayət işi açılıb. Bundan başqa, terrorçuluq maddəsi ilə cinayət işinin açılması nəzərdən keçirilir.