Aqil Şirinov: “Bütün əzalarımızla oruclu olmağa çalışmalıyıq”
“Oruc tutan insanlar orucu pozan bəzi hərəkətlərdən imtina etməlidir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzərTAC-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizə şöbəsinin müdiri Aqil Şirinovun deyib.
“Oruc tutarkən bütün əzalarımızla oruclu olmağa çalışmalıyıq. Biz bu ayda nəfsimizi saflaşdırmalıyıq. Bununla Ramazan ayının mənəvi abu-havasından faydalanmalıyıq. Çox yaşlı olub, gücü çatmayan insanlar oruc tutmaya bilərlər. Həmçinin, oruc tutan insanlar həm imsak, həm də iftar zamanı israfçılığa yol verməməlidir. Bu həm mənəvi, həm də sağlamlıq baxımından bəyənilməyən əməl hesab olunur”.