BAKI, 19 may — Sputnik. Gəncə şəhərində uşaq ölümü baş verib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib.
Kəlbəcərdən olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Quliyeva Yeganə əkiz oğlan dünyaya gətirib. Doğuşdan sonra uşaqlardan biri dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.