Türk əsgəri əməliyyat keçirdi, terrorçular məhv edildi

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrin bölgəsində
Türk əsgərləri Afrin bölgəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib

BAKI, 19 may — Sputnik.  Türkiyədə terrorçulara qarşı uğurlu əməliyyatlar davam etdirilir. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, növbəti uğurlu əməliyyat mayın 18-də keçirilib.

Belə ki, Tuncelinin Ocacık bölgəsində aparılan kəşfiyyat və izləmə zamanı bir qrup terrorçunun polis bölmələrinə hücum hazırladığı məlum olub. Türkiyə Silahlı Qüvvələri terror planının qarşısını almaq üçün önləyici xüsusi əməliyyat keçirib. Nəticədə, türk polisinə qarşı xain plan hazırlayan 5 terrorçu məhv edilərək, zərərsizləşdirilib.

Xəbər lenti
0