SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədə erməni əsilli deputatın toxunulmazlığı aradan qaldırılır

© Photo : Massis PostQaro Paylan
Qaro Paylan - Sputnik Azərbaycan
Abunə olmaq
Ədliyyə Nazirliyi deputatın mühakiməsinə razılıq verib

BAKI, 18 may — Sputnik. Türkiyə Ədliyyə Nazirliyi Xalqların Demokratik Partiyasının (HDP) üzvü, erməni əsilli millət vəkili Qaro Paylanın deputat toxunulmazlığının qaldırılması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) raport göndərilib. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumata əsasən ölkə prokurorluğunun Qaro Paylana qarşı Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi "türklüyə həqarət" və "prezidentə həqarət" maddələri ilə başladığı cinayət işinin istintaqı yekunlaşıb.

Bundan sonra deputat toxunulmazlığının qaldırılması üçün TBMM-ə müraciət edilib. Ədliyyə Nazirliyi deputatın mühakiməsinə razılıq verib.

Xəbər lenti
0