Parlamentari: "Səməd Seyidova tətbiq edilən sanksiyalar qərəzlidir"

© Photo : REPORTSəməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Səməd Seyidova sanksiyalar tətbiq edilməsi ilə bağlı qərar obyektiv deyil, qərəzlidir, Azərbaycana qarşı ikili standartların təzahürüdür"

BAKI, 18 may-Sputnik. "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinə, o cümlədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiyalar tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar obyektiv deyil, qərəzlidir, Azərbaycana qarşı ikili standartların təzahürüdür".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov - Sputnik Azərbaycan
SİYASƏT
Səməd Seyidov: "Tələb edirdilər ki, qeyri-qanuni işlərlə məşğul olduğumu etiraf edim"

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Sahibə Qafarova deyib.

O bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu, bəzi dairələri narahat edir və bizə təsir etməyə çalışırlar, Azərbaycanın imicinə kölgə salmaq istəyirlər: "Bununla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Bu gün Avropa Şurasında sağlam qüvvələr var, amma, burada siyasətçilər var ki, erməni lobbisi ilə birgə hərəkət edirlər. Biz bu cür münasibəti qəbul etmirik və qətiyyətlə pisləyirik. Onların bu mənfi cəhdləri heç bir nəticə verməyəcək".

Millət vəkili Fəzail İbrahimli də deyib ki, AŞPA-da qəbul edilmiş qərar Azərbaycanda siyasi sabitliyi pozmağa, ölkəmizdə gedən inkişafa mane olmağa yönəlib: "Onlar Səməd Seyidovu ləkələmək, sıradan çıxarmaq istəyirlər. Səməd Seyidov Avropa Şurasında gedən oyunları dərk edən adamdır. S.Seyidov bundan sonra da daha ardıcıl, qətiyyətli fəaliyyət göstərəcək".

Xəbər lenti
0