Parlament sərdi: "Bu sanksiya da bizə təsir göstərməyəcək"

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"AŞPA-da Azərbaycana qarşı qəbul edilən sanksiya ilk dəfə deyil, bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir"

BAKI, 18 may-Sputnik. "AŞPA-da Azərbaycana qarşı qəbul edilən sanksiya ilk dəfə deyil. Bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən parlamentin sədri Oqtay Əsədov deyib.

Parlament sədri bildirib ki, bəziləri bunun ilk sanksiya olduğunu deyirlər: "Bu, doğru deyil, dəfələrlə belə olub. Onlar həmişə qərarlarından sonra peşman olublar".

Spiker xatırladıb ki, bir vaxtlar AŞPA-da bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək: "Nə oldu? Bir il sonra peşman oldular və bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. Bu sanksiya da bizə təsir göstərməyəcək. Səməd Seyidova qarşı qərar ədalətsizdir. Səməd Seyidov işini həmin qaydada davam etdirəcək”.

Xəbər lenti
0