SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mollazadə: "Sarqsyanı AŞPA-ya gətirənlərin adlarını korrupsiya sənədinə salmadılar"

© Sputnik / Murad OrujovMilli Məclisin sessiyası
Milli Məclisin sessiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə: "Azərbaycanla Türkiyə səlib yürüşü təfəkküründə olanların hədəfindədir"

BAKI, 18 may — Sputnik. Avropa Şurasının gündəliyində Avropada artan ksenofobiya, islamofobiya və antisemitizm olsa da, əvəzində Azərbaycan müzakirəyə çıxarıldı.

Bunu Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sözügedən qurum tərəfindən sanksiya tətbiq olunmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, son vaxtlar Səlib yürüşü ab-havası çox təhlükəli proses kimi Avropada artmaqdadır. 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov - Sputnik Azərbaycan
Səməd Seyidov: "Azərbaycan öz haqq səsini qaldıranda sanksiyaya əl atırlar"

"Araşdırma komissiyası yazır ki, Səməd Seyidovun bu proseslərdə günahı yoxdur, amma onu cəzalandırmalıyıq. Mənə elə gəlir ki, bu, Səlib yürüşü ab-havasında olanlar düz deyirlər, Səməd Seyidovun günahı var. Onun günahı ilk növbədə Türkiyənin müdafiəsinə öz səsini ucaltmaqdan ibarətdir. Səməd Seyidovun günahı uşaq qatili və hərbi cinayətkar Serj Sarqsyanın ifşası ilə bağlıdır. Çox maraqlıdır ki, Sarqsyanı çox təm-təraqla Avropa Şurasına gətirənlər, korrupsiya sənədlərində müzakirə olunmur" – deyən Mollazadənin fikrincə, bu, çox təhlükəli prosesdir.

Deputat AŞPA-da müzakirələr zamanı Britaniyalı millət vəkillərinin səsləndirdiyi fikrə də diqqət çəkib: "Britaniyalı deputatlar bildirdilər ki, əslində Azərbaycanı hədəf kimi seçmək ilk növbədə real korrupsiyanı gizlətməkdir. Çünki bütün bu müzakirələr digər daha böyük korrupsiya prosesləri ilə bağlıdır".

Mollazadə bu prosesin ciddi araşdırılmalı, Azərbaycan nümayəndə heyətinin bu istiqamətdə öz işlərini gücləndirməli olduğunu da qeyd edib. Azərbaycana qarşı informasiya müharibəsinin getdiyini vurğulayan deputat ölkəmizin hədəf seçildiyini deyib. O, bunun səbəblərindən biri kimi bu il ilk demokratik respublikamızın 100 illiyinin qeyd edilməsi olduğunu bildirib. 

Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun mətbuat konfransı - Sputnik Azərbaycan
SİYASƏT
Millət vəkili Avropa Şurasının qərarının əsl səbəbini göstərdi

"Biz əslində çox ciddi bir mifi dağıtdıq ki, demokratik dövlət anlayışı yalnız qapalı xristian klubu anlayışından ibarət deyil. Azərbaycan Demokratik Cümhuriyyəti, ondan sonra Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti bu mifləri dağıtdı. Ona görə də Azərbaycanla Türkiyə səlib yürüşü təfəkküründə olanların hədəfindədir. Biz öz dəyərlərimizi, Azərbaycanın bir sıra Avropa dövlətlərindən daha əvvəl qadınlara seçib-seçilmək hüququ verdiyini, çoxpartiyalı parlament ənənələrini Avropaya çatdırmalıyıq" – deyə Mollazadə əlavə edib.

O, Milli Məclisi ölkəmizə qarşı informasiya müharibəsində fəal iştirak etməyə çağırıb. Əlavə edib ki, biz Azərbaycanın təmsil olunduğu bütün təşkilatlarda mübarizəyə hazırlaşmalı, səfərbər olmalıyıq.

Xəbər lenti
0