Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlar üçün cənnət yaradılır - RƏSMİ

© Official website of President of Azerbaijan RepublicƏlət qəsəbəsindəki Bakı beynəlxalq dəniz ticarət limanı kompleksi
Ələt qəsəbəsindəki Bakı beynəlxalq dəniz ticarət limanı kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

BAKI, 18 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu qanun layihəsi Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. 

Rusiya XİN rəhbəri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun birgə mətbuat konfransı. Bakı, 12 iyul 2016-cı il - Sputnik Azərbaycan
RUSİYA
Lavrovdan kəskin bəyanat: "Müstəqillik itirildi, iqtisadiyyat dağıldı..."

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. 

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Prezident Milli Məclis barədə sərəncam imzaladı

Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi İngilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.

Azad Zona ərazisi dedikdə Azad Zonanın yaradılması və fəaliyyəti məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Xəbər lenti
0