"Eurovision"da şuluqluq edənin sözləri və cəzası məlum oldu

© REUTERS / Pedro NunesSuRie
SuRie - Sputnik Azərbaycan
Abunə olmaq
Pranker: "İngiltərə KİV-nin faşistləri, biz azadlıq istəyirik"

BAKI, 18 may — Sputnik. İngilis prankeri Dr ACtivism bildirib ki, Eurovizion-2018 yarışmasında öz yerlisinin çıxışını pozmağa çalışdığı üçün 10 dəqiqə döyülüb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, pranker baş verənlər haqqında belə deyib. "Mən bilmirəm bir də ədalət uğrunda mübarizə aparacam, ya yox. Məni vəhşicəsinə vururdular. Belə bir şeyi ancaq faşistlər edə bilərdi. Bunu mənə qarşı Portuqaliya polisləri edib". 

Qeyd edək ki, mayın 13-də "Eurovision"un finalı zamanı gənc kişi səhnəyə çıxaraq müğənninn əlindən mikrofonu alıb və zala üzünü tutaraq belə deyib: "İngiltərə KİV-nin faşistləri, biz azadlıq istəyirik".

Bu zaman mühafizəçilər onu tutaraq aparıblar. Onun sözlərinə görə, kulisdə onu döyməyə başlayıblar.

Xəbər lenti
0