CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni Yasamalın köhnə dərdi sağalmır

© Photo : REPORTПросевший участок дороги на улице Гасана Алиева в Насиминском районе Баку
Просевший участок дороги на улице Гасана Алиева в Насиминском районе Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər hərəkətə icazə verirlərsə, kanalizasiya quyularının ağzı açıq qalmamalıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Paytaxt Bakıda yollar tez-tez təmir olunur. Təəssüflər olsun ki, təmir bitəndən sonra bəzən işçilər yolda kanalizasiya quyularının üzərini bağlamağı unudurlar. Bu da təbii ki, öz növbəsində həmin ərazidə hərəkət edən avtomobillər üçün təhlükə yaradır. Xüsusilə yola bələd olmayan və ilk dəfə həmin əraziyə daxil olan sürücülərin avtomobillərinin açıq kanalizasiya quyusuna düşmə riski isə daha da artır.

Sputnik Azərbaycan-a daxil olan şikayətlərdən biri də məhz bu barədədir. Şikayətçi Cəlilzadə Təranə bildirir ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində təmir işləri aparılır. Və ərazidə 3-4 kanalizasiya quyusunun qapağı yoxdur. Həmin ərazini yaxşı tanımayan sürücülər avtomobil sıxlığından kanalizasiya quyularını görə bilmirlər. Nəticədə quyulara düşmə təhlükəsi ilə üz-üzə qalırlar. 

© Sputnik / Tarana KhudabakshiyevaYeni Yasamal, Əsəd Əhmədov küçəsində təmir işləri aparılır və kanalizasiya quyularının qapağı açıq qalıb
Yeni Yasamal, Əsəd Əhmədov küçəsində təmir işləri aparılır və kanalizasiya quyularının qapağı açıq qalıb - Sputnik Azərbaycan
Yeni Yasamal, Əsəd Əhmədov küçəsində təmir işləri aparılır və kanalizasiya quyularının qapağı açıq qalıb

"Hətta dünən bizim də kanalizasiya quyusuna düşməyimizə bir neçə santimetr qalmışdı. Hansı səbəbdən təmir zamanı bu nüanslara fikir vermirlər? Yoxsa kanalizasiya quyularının ağzını bağlamaq başqa quruma aiddir? Qəza baş verdikdə sürücünün avtomobilinə dəyən ziyanı kim qarşılayacaq?", — deyir şikayətçi.

Sputnik Azərbaycan şikayətçinin bu suallarına cavab axtarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli məsələni araşdıracaqlarını bildirib: "Araşdırdıqdan sonra belə hal varsa, aradan qaldıracağıq. Kanalizasiyaların üzəri dəmir parçaları ilə örtülü olmalıdır. Yəqin nəsə anlaşılmazlıq olub. Həqiqətən kanalizasiya quyularının ağzı açıq qalarsa, problem yarana bilər".

Облачная погода в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Bakının mərkəzi rayonunda təhlükəli proses: Sakinlər təxliyə edilir

Yol eksperti Elməddin Muradlı deyib ki, bu hal yol hərəkətinin təşkili ilə bağlı qüsurlardan biridir: "Əgər küçədə təmir gedirsə, ora giriş qadağan edilməlidir. Görünür, aidiyyatı qurumlar məsuliyyətsizlik edərək müvafiq nişanları lazımi yerlərdə qurmayıb. Bu da çox təhlükəlidir. Əgər hərəkətə icazə verirlərsə, kanalizasiya quyularının ağzı açıq qalmamalıdır. Ya üstü örtülməli, ya da müvafiq nişanlar qoyulmalıdır". 

Ekspert bildirib ki, belə halda hər hansı bir avtomobil həmin kanalizasiya quyusuna düşərsə, bu zaman avtomobil sahibi həmin ərazidə təmir işi aparan qurumu məhkəməyə verə bilər: "Bu zaman sürücüyə dəymiş ziyanı həmin qurum ödəməli olacaq. Çünki "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa görə hər bir sürücünün rahat və təhlükəsiz yoldan istifadə etmək hüququ vardır".

Muradlı onu da vurğulayıb ki, sürücülərin, eyni zamanda yol təsərrüfatı işçilərinin səhlənkarlığı nəticəsində onlara dəyən ziyanı ödəmələri üçün məhkəməyə müraciət etmək hüququ var.

Xəbər lenti
0