Nazirlik meşə materiallarının kəsildiyi əraziləri axtarır

© Sputnik / Ilham AhmadovOğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar
Oğuzun Xaçmaz kəndində kənd sakinləri meşə ağaclarına calaq vurublar - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda meşə materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir

BAKI, 17 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dərhal yerində araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı ümumilikdə 29.6 m3 həcmində 3251.12 manat dəyərində qanunsuz yolla əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə materialları aşkar edilib.

Faktlarla bağlı həyətyanı sahələrin sahibləri Əlirza Baxşıyev və Hakim Bayramov barəsində qanunvericiliyə uyğun sənədləşmə aparılıb. Hazırda meşə materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti
0