BAKI, 17 may — Sputnik. Futbol üzrə Argentina milli yığma komandasının keçmiş baş məşqçisi Dieqo Maradona Rusiyanın "Dinamo-Brest" klubuna keçməsini təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, Maradona İnstagram səhifəsində məsələ ilə bağlı bunları yazıb: "Dinamo" futbol klubunun prezidenti postuna gedirəm. Mənə inandıqları üçün təşəkkür edirəm".
Klubdan bildirilib ki, Maradona klubda sədr işini icra edəcək və 3 illik müqavilə bağlayıb. O, öz işinə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından sonra başlayacaq.