İcra Hakimiyyəti məsələyə aydınlıq gətirdi...

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
Zaqatala rayonunda  bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, hadisə günü 8 kəndə elektrik enerjisinin verilməsi dayandırılıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. "Tala çayının kənarında torpaq valları vardı. Zamanla həmin laylar dağıdılıb, ərazidə evlər tikilib. Çayın heç bir bəndi dağılmayıb". Bu barədə Sputnik Azərbaycan-a Zaqatala Rayon İcra Hakimiyyətinin birinci müavini, fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.

O bildirib ki, hadisə günü 8 kənddə elektrik enerjisinin verilməsi dayandırılıb: "Sel zamanı elektrik xəttləri, qaz xəttləri sıradan çıxıb. Həyətlərə, bəzi evlərin birinci mərtəbəsinə su dolub. Fındıq bağlarına, əkin sahələrinə zərər dəyib".

Zaqatala rayonunda  bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb - Sputnik Azərbaycan
Şimal-qərb bölgəsində fövqəladə vəziyyət: Kəndlərin altı üstünə çevrildi

Biz artıq həmin zərərin məbləğini müəyyənləşdirib, Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik", — deyə T.Əhmədov bildirib.

O qeyd edib ki, əhaliyə dəymiş zərərin ödənilməsi nazirliyin verəcəyi qərara bağlıdır: "Burada əhaliyə böyük məbləğdə zərər dəyməyib. Dağıntı yoxdur. Xəsarət alan yoxdur. Kiminki sığortası var, təbii ki, dəymiş zərəri ödəniləcək. Artıq su çəkilir. Çaydan axan suyun da miqdarı azalıb. Tez bir zamanda bütün problemlər aradan qaldırılacaq. Bu təbiət hadisəsidir".

T.Əhmədov bildirib ki, Tala çayı daşan zaman ərazidə olan körpüyə zərər dəyib və bu problem də yaxın zamanlarda həllini tapacaq.

Xatırladaq ki, mayın 10-dan 11 —ə keçən gecə Zaqatala rayonunda Tala çayı daşıb. Sel suları Üçüncü Tala və Höytala kəndlərinin arasında olan Vöhtala kəndini basıb. Kəndin küçələri əhalinin əkin sahələrinə zərər dəyib.

Hazırda ərazidə dövlət qurumları tərəfindən problemlərin aradan qaldırılması məqsədilə ilə müvafiq işlər görülür.

Xəbər lenti
0