İsrailin Azərbaycandakı keçmiş səfiri hər kəsin gözü qarşısında alçaldıldı

© AFP 2024 / ADEM ALTAN İsrailin Ankaradakı səfiri Eitan Naeh
İsrailin Ankaradakı səfiri Eitan Naeh - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbul hava limanında İsrailin Türkiyədəki səfiri Eitan Naeh hər kəsin gözü qarşısında alçalıdıb

BAKI, 17 may — Sputnik. İstanbul hava limanında İsrailin Türkiyədəki səfiri Eitan Naeh hər kəsin gözü qarşısında alçalıdıb. Bu barədə Haqqın.az-a İsrail XİN-dən məlumat verilib.

İsrailin Ankaradakı səfiri mayın 15-də Türkiyə XİN-ə çağırılıb və onu bir müddətlik öz ölkəsinə qayıtmaq məsləhət görülüb. Bunun ardınca, mayın 16-da Türkiyənin Təl-Əvivdəki səfiri İsrail XİN-ə çağırılıb və ondan da müvəqqəti öz ölkəsinə qayıtmaq xahiş olunub.

Belə ki, diplomatik toxunulmazlığa baxmayaraq, hava limanının təhlükəsizlik xidmətinin işçiləri hər kəsin, o cümlədən, jurnalistlərin gözü qarşısında səfirin üzərinə axtarış aparıblar.

İsrail XİN türk tərəfinə "sərt rəftarla bağlı" etirazını bildirib. İsrailin xarici siyasət idarəsi insidenti "sərt və alçaldıcı yoxlama" adlandırıb.

Xatırladaq ki, Eytan Nae 2001-2005-ci illərdə İsrailin Azərbaycandakı səfiri olub.

Xəbər lenti
0