BMT-nin hesabatı: Ermənistanın əhalisi...

© Sputnik / Aram NersesyanАктивисты заблокировали движение улицы Аргишти перед мэрией столицы (10 мая 2018). Ереван
Активисты заблокировали движение улицы Аргишти перед мэрией столицы (10 мая 2018). Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya əhalisi 2050-ci ilə qədər 143,8 milyondan 132,7 milyona, Belarus əhalisi isə 9,4 milyondan 8,5 milyona enəcək

BAKI, 17 may — Sputnik. Ermənistan əhalisinin sayı 2050-c ilə qədər 2,7 milyon nəfər enəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT-nin "Dünya urbanizasiyasının perspektivləri 2018" (2018 Revision of World Urbanization Prospects) hesabatında bildirilir.

BMT-nin hesabatında qeyd olunur ki, Azərbaycan əhalisinin sayı 11 milyona çatacaq.

BMT-nin hesabatına əsasən region ölkələrindən Gürcüstan əhalisinin sayı 2050-ci ilə qədər 3,9 milyondan 3,39 milyona enəcək, Türkiyə əhalisinin sayı 78,2 milyondan, 95,6 milyona, İran əhalisinin sayı isə 79,3 milyondan 93,5 milyon nəfərə yüksələcək.

Hesabatda əsasən Rusiya əhalisi 2050-ci ilə qədər 143,8 milyondan 132,7 milyona, Belarus əhalisi isə 9,4 milyondan 8,5 milyona enəcək. Qazaxıstan əhalisinin isə sayı 17,7 milyondan 22,9 milyon nəfər qalxacaq.

Xəbər lenti
0