Alpinistlərin cəsədləri dəfn edildi

© Sputnik / Ilham MustafayevAlpinist Namin Bünyatzadənin dəfni
Alpinist Namin Bünyatzadənin dəfni - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhum ata yurdu olan Yeni Həyat kənd qəbiristanlığında torpağa tapşırılıb

BAKI, 17 may — Sputnik. "Gilavar" Hava və Ekstrim İdman Klubunun aylar öncə itkin düşmüş üzvlərinin dünən tapılan cəsədləri bu gün dəfn edilib. 

Sputnik Azərbaycan-ın cənub bölgə müxbiri xəbər verir ki, alpinist Fəridə Zəbiyulla qızı Cəbrayılzadə doğulduğu Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Alpinist Babur Vaqif oğlu Hüseynovun cəsədi isə doğulduğu Astara şəhərinə gətirilib. Mərhumun nəşi Astara şəhər Giləkəran qəbiristanlığında dəfn olunub.

© Sputnik / Ilham MustafayevAlpinist Namin Bünyatzadənin dəfni
Alpinist Namin Bünyatzadənin dəfni - Sputnik Azərbaycan
Alpinist Namin Bünyatzadənin dəfni

Sputnik Azərbaycan-ın Gəncəbasar müxbirinin məlumatına görə, alpinist Namin Nizami oğlu Bünyatzadənin cəsədi doğulduğu Şəmkir rayonunun Yeni Həyat kəndinə aparılıb. Rayonunun Çinarlı kənd qəbiristanlığında, atasının məzarı yanında dəfn olunub.

Hər üç alpinistin dəfnində mərhumların ailə üzvləri, qohumları və kənd sakinləri iştirak ediblər. 

Xəbər lenti
0