İlham Əliyevdən yüksək posta təyinat - Təsdiqləndi

Abunə olmaq
Xarici işlər nazirinə yeni müavin təyin olunub

BAKI, 16 may — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) yeni təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib.

R.Həsənov APA-ya açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, R.Həsənov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. Komitə prezident İlham Əliyevin sərəncamı ilə bir müddət əvvəl ləğv olunub.

R.Həsənovun təyinatı haqqında xəbəri ilk olaraq haqqin.az yayıb.

Xəbər lenti
0