Rəqsanənin qızı toylara 10 min manata gedir?!

Abunə olmaq
Aysun İsmayılova qonorar məsələsinə aydınlıq gətirdi

BAKI, 16 may — Sputnik. Azərbaycanın məşhur müğənnisi Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın toy qonorarını açıqlayıb. O, bildirib ki, qızı oylara 10 min manatdan aşağı qiymətə getmir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələyə Aysun İsmayılova öz Instagram səhifəsində aydınlıq gətirib. İsmayılova sosial şəbəkəyə yerli toylardan birindəki çıxışının videosunu yerləşdirərək anasının onun aldığı qonorar barədə efirdə dediklərini təkzib edib.

A post shared by @ismayilovaaysun on May 15, 2018 at 12:14pm PDT

 

"Eşitdim, deyirlər Aysun toylara yaman baha gedir. Bu, bir verilişdə anamın etdiyi zarafat idi (10 min söhbəti). Yəni ki, bu qədər də ciddi qəbul eləməyin. Toy qiymətimiz düşündüyünüz qədər də baha deyil! Dalımca hürməyin! Nə olub⁉️ Hələ təzə başlamışıq da… İmkan versəz qabağa gedəcəyik. Allahın izni ile" — yazan İsmayılova, paylaşdığı videonun təzə olmadığını da qeyd edib.

Qeyd edək ki, Aysun İsmayılova uzun müddət Türkiyədə dizaynerlik üzrə təhsil alıb. Bununla yanaşı, o, Azərbaycan və türk aktyorların oynadığı filmlərdə rol alıb.

Hazırda o, anasının yolu ilə gedərək müğənni olmaq qərarına gəlib. Aysun təkcə oxumaqla kifayətlənmək fikrində deyil. Əgər ona dəvətlər gələrsə, filmlərə də çəkilmək niyyətindədir. O, bu yaxınlarda Zülfi Bədəlov və Elvin Musayevin müəllifi olduğu "Şərtim var" mahnısı ilə debüt edib.

Xəbər lenti
0