Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Psixoloq abituriyent intiharlarının qarşısını almaq üçün çıxış yolları təklif etdi

© Photo : APAPsixoloq Elnur Rüstəmov
Psixoloq Elnur Rüstəmov - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloq Elnur Rüstəmov deyir ki, ailədaxili münaqişələr abituriyentlərin psixologiyasına mənfi təsir göstərir

Elnur Rüstəmov: “Son intiharlar digər abituriyentlər üçün mənfi örnək təşkil edir”
“Abituriyentlərin fənn hazırlığı ilə yanaşı psixoloji hazırlığı aparılmalıdır”. Bunu psixoloq Elnur Rüstəmov abituriyent intiharlarının səbəblərini Sputnik Azərbaycan-a açıqlayarkən deyib. Psixoloq bildirib ki, bizdə qəbul mərhələsində daha çox abituriyentlərin fənn hazırlığı məsələsinə üstünlük verilir: 

“Bununla da psixoloji hazırlıq arxa plana keçir. Abituriyentlərin həyatındakı narahatlıqlar onların dərsi mənimsəməsinə mənfi təsir göstərir. Onu da qeyd etməliyik ki, bu gün problemli valideynlər də çoxdur. Ailədaxili münaqişələr abituriyentin psixologiyasına mənfi təsir göstərir. Sırf bu mərhələdə maarifləndirmə işləri aparılmalıdır. Abituriyentlərin imtahana psixoloji hazırlığı ilə bağlı seminarların verilməsi yaxşı olardı. Valideynlər də övladlarına qarşı daha diqqətli olmalıdırlar. Baş verən son intiharlar da digər abituriyentlər üçün mənfi örnək təşkil edir”.

Ötən həftə keçirilən qəbul imatahanından sonra Sumqayıt şəhərində iki abituriyent intihar edib.

Psixoloq Elnur Rüstəmovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0