BAKI, 16 may — Sputnik. ABŞ-ın Texas ştatında barda qəribə hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Bobbi Rodrigez adlı biri bara daxil olan zaman şok yaşayıb. Baş verənləri sosial şəbəkədə yazan Bobbi bildirib ki, makiyaj edərək bara daxil olduğu üçün mühafizəçi onu içəri buraxmayıb.
Səbəbi isə bu bara daxil olan kişilərin kişi kimi geyinmə şərtinin olmasıdır. Onların makiyaj etməsi və ya qadın kimi geyinməsi qadağandır. Bobbi deyib ki, həyatında heç vaxt bu qədər təhqir olunmayıb: "Bara daxil olmaq üçün avtomobilimə daxil olub makiyajımı silmək məcburiyyətində qaldım".
Sosial şəbəkə istifadəçiləri Bobbinin statusuna fərqli yanaşıb və onu tənqid atəşinə tutublar.